Pediatriyada ən çox rast gəlinən miflər

Ən gülməli mifdən ən zərərlisinə: qəbulda valideynlərdən eşitdiyim inanclar və onların elmi cavabı.

Qəbulda valideynlərdən çox maraqlı şeylər eşidirəm. Bəziləri zərərsizdir, bəziləri isə uşaq üçün real risk daşıyır.

Ən zərərli mif

Spirt və sirkə

Qızdırma zamanı uşağın dərisini spirtlə və ya sirkəylə silmək — bunu etmək olmaz.

Ən gülməli mif

Eşitmişəm ki, yeni doğulmuş uşağın əlinin içini yumurlar — yoxsa ruzisi qaçar.

Maraqlı mif

"D vitamini veririksə, əmgək daha tez bağlanır." Bu da düzgün deyil.

Digər geniş yayılmış inanclar

  • Başın arxasında saç tökülməsi raxit əlamətidir — yalançı simptomdur; körpə arxası üstə uzandığı üçün saçlar sürtünmədən seyrələ bilər
  • Göbək yırtığına qəpik və ya plastır qoymaq lazımdır — tövsiyə olunmur
  • Manej uşağın tez gəzməsinə kömək edir — heç bir təsir göstərmir və təhlükə yarada bilər
  • Soyuq havanın özü xəstəliyə səbəb olur — belə deyil; əks halda hər dəfə dondurma yeyəndən sonra xəstələnərdik
  • Uşağın dişi çıxanda hər simptom onunla bağlıdır — hər şikayəti diş çıxmasına yazmaq düzgün deyil

Rənglı məhlullar

Yaralara və səpkilərə rəngli məhlullar çəkməyin: onlar yalnız dəyişiklikləri maskalayır və parlaq rəngin altında nə baş verdiyini izləmək çətinləşir. Rəngsiz məhlullara üstünlük verin — məsələn, xlorheksidin, tələb olunduqda isə spirt.

Həkimin videoları

Həkim bu mövzunu videoda da izah edib: mətni burada oxuya, videonu isə izləyə bilərsiniz.

Peyvəndlər haqqında yalnış məlumatlar çoxdur, amma özünüz məntiqnən…

10 noyabr 2026

Peyvəndlər haqqında yalnış məlumatlar çoxdur, amma özünüz məntiqnən fikirləşin, niyə peyvənd olunan uşağların 100% autizm olmur?

Videoya bax

Uşaqın dişi çıxanda valideynlər hər simptomu onnan bağlayır

29 may 2026

Uşaqın dişi çıxanda valideynlər hər simptomu onnan bağlayır

Videoda yazılanlar

Uşaqın dişi çıxır, başqa səbəb ola bilər?

Videoya bax

Siz hansı miflər eşidmisiz? Rəylərdə yazın

29 may 2026

Siz hansı miflər eşidmisiz? Rəylərdə yazın

Videoda yazılanlar

Valideynlərdən ən çox eşitdiyiniz miflər hansılardır?

Videoya bax

Suallar

Miflərin çoxu haradan gəlir?

Bir hissəsi sovet dövründən qalıb, bir hissəsi isə nəsildən-nəslə keçir. Buna görə izah qəbulun ayrılmaz hissəsidir.

Əlaqəli xidmət0–18 yaş qəbul
Dr. Əzizə Şıxvəliyeva

Həkim-pediatr. Yazı həkimin öz izahı əsasında hazırlanıb.

Müəllif haqqında

Uşağınızın vəziyyəti sizi narahat edir?

WhatsApp-a yazın və ya zəng edin: qəbul vaxtı dəqiqləşdirilir.

Qəbula yazıl